http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Skolioz xəstəliyinin yaranmasına səbəb olan amillər hansıdır?

30 May 2024 , 10:20
Skolioz xəstəliyinin yaranmasına səbəb olan amillər hansıdır?

Son illər hər on nəfərin dördündə skolioz xəstəliyinin müəyyən dərəcələri müşahidə olunur. İnsan onurğasının deformasiyası mənasına gələn bu problemə ən çox uşaqlarda rast gəlinsə də, yetkin insanlar arasında da bu xəstəlikdən əziyyət çəkənlər mövcuddur. İlkin dərəcələrində skolioz vəziyyəti adlandırılan onurğadakı bu əyriliklər müalicəsi olunmadığı halda kəskin skolioz xəstəliyinə çevrilə bilir.

Mövzu ilə əlaqədar osteopat, revmatoloq Dr. Əli Əlizadə “Operativ Media”ya bildirib ki, skoliozun ideopotik, yəni anadangəlmə və sonradan qazanılmış skolioz kimi formaları var:

“İdeopatik səbəbi məlum olmayan deməkdir və bu növ skoliozlar fəqərələrin deformasiyası ilə başlayır, ancaq bunun qarşısını alıb yüngülləşdirmək mümkündür. 80-90 % hallarda uşağın müəyyən bir inkişaf dövründən sonra cərrahi müdaxiləyə ehtiyac yaranır. Qazanılmış skoliozların isə yaşından asılı olaraq 90-95 % hallarda müalicəsi və uşağın sağalması mümkündür”.

Həkimin sözlərinə görə, onurğanın yana doğru əyilməsindən yaranan skoliotik vəziyyəti ilə skolioz xəstəliyi bir-birindən fərqlənir:

“Skolioz xəstəliyi zamanı fəqərənin həm burulması, həm əyilməsi baş verir. Əgər onurğanın rotasiyası yoxdursa, təkcə əyilmədirsə, bunun bütün yaşlarda, hətta 30-40 yaşından sonra belə baş verməsi mümkündür. Skolioz xəstəliklərində sümük əzələ sistemi bu xəstəliyin həm əmələ gəlməsində, həm ağırlaşmasında iştirak edən amillərdir. Əgər uşaqda hansısa bir travma və çanaqda əyilmə baş veribsə, artıq onurğasında burulmuş vəziyyətdə məcburi skolioz yaranır. Valideynin divanda və ya kresloda oturduğu pozisiyanı uşaq təkrarlamağa çalışır. Bu da uşağın sümük əzələ sisteminin deformasiyasına səbəb olan amillərdəndir”.

Dr. Əli Əlizadə məktəbli çantalarının uşaqlarda skolioz və ya kifozun yaranmasına səbəb ola biləcəyini qeyd edib:

“Həmçinin məktəbli uşaq ağır çantanı bir çiynindən asır, bir tərəfdə yük olduqda istər-istəməz əzələ gərilmiş vəziyyət alır ki, onu saxlaya bilsin, digər əzələ tam sərbəst vəziyyətdə olur. Bu da əzələ sisteminin gərilməsi nəticəsində ikincili olaraq struktur problemin əmələ gəlməsinə səbəb olan amillərdən ola bilər. Eyni zamanda uşaqlarda ağır çantanı bir çiyindən asanda qazanılmış skolioz yaranırsa, iki çiyindən asdığı zaman təbii olaraq düz dayanmaqdan ötrü önə doğru əyilir ki, bu da qamət kifozunun əmələ gəlməsinə səbəb olur. Ağır çantaların bir çiyindən asılması boyun əzələlərini də gərir və bu, 9-12 yaş arasında uşaqlarda əyri pəncəliyə belə gətirib çıxara bilir”.

Həkim qeyd edib ki, cərrahi müalicə bütün xəstəliklərdə olduğu kimi bu xəstəlikdə də ən axırıncı etapdır:

“Əgər ideopatik skolioz varsa, gələcəkdə əməliyyatla nəticələnə bilər. Amma vaxtında düzgün müalicə aparıldıqda cərrahi əməliyyat məsləhət görülmür. Korset isə cərrahi əməliyyatdan öncəki variantdır. Əgər artıq uşaq 14-16 yaş aralığındadır və kəskin skolioz varsa, bu zaman keçici olaraq müxtəlif növ korsetlərdən istifadə oluna bilər”.

Sevinc İbrahimzadə

 

 

OXŞAR XƏBƏRLƏR
"Meymunçiçəyi"nin Azərbaycanda yayılmasına qarşı tədbirlər müzakirə olunub

"Meymunçiçəyi"nin Azərbaycanda yayılmasına qarşı tədbirlər müzakirə olunub

Sudanda vəba epidemiyası nəticəsində 48 nəfər ölüb

Sudanda vəba epidemiyası nəticəsində 48 nəfər ölüb

Tatarıstanda Qərbi Nil qızdırmasına yoluxanların sayı 59 nəfərə çatıb

Tatarıstanda Qərbi Nil qızdırmasına yoluxanların sayı 59 nəfərə çatıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu