Ana səhifə / Siyasət / Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib 30.05.2024, 14:01 Nərmin Qocamanlı Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Operativ Media" xəbər verir ki, təbrik mətnində deyilir: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin dövlətiniz sosial-iqtisadi inkişaf üzrə böyük uğurlar qazanıb və beynəlxalq arenada nüfuzunu ardıcıl şəkildə möhkəmləndirir. Arzu edirəm ki, ölkəniz gələcəkdə də inkişaf etməkdə davam etsin və yüksək məqsədlərə nail olsun. Ümidvaram ki, Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə davam edəcəkdir. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və xoşbəxtlik arzulayıram. Ən xoş arzularla, Nursultan Nazarbayev Qazaxıstan Respublikasının birinci Prezidenti". Teqlər: "Nursultan Nazarbayev \u0130lham \u018fliyevi t\u0259brik edib"