Menyu

Aİ Rusiya və Belarusdan gələn bütün məhsullara yüksək gömrük rüsumu tətbiq edə bilər

Nərmin Qocamanlı
Aİ Rusiya və Belarusdan gələn bütün məhsullara yüksək gömrük rüsumu tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) təkcə Rusiya və Belarusdan gətirilən taxıl məhsullarına deyil, həm də bu ölkələrin digər ərzaq məhsullarına yüksək gömrük rüsumu tətbiq etmək imkanını nəzərdən keçirir.

"Operativ Media" xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Aja Labib Aİ Ticarət Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Bildirilib ki, iclasda iyulun 1-dən qüvvəyə minəcək Rusiya Federasiyası və Belarusdan taxıla “qadağan olunmuş yüksək” gömrük rüsumunun tətbiqi qərara alınıb.

"İsveç Aİ-yə Rusiya və Belarusdan gələn taxıla, eləcə də digər ərzaq məhsullarına oxşar rüsumlar tətbiq etməyi təklif edib", - Labib bildirib.

Teqlər:

"A\u0130 Rusiya v\u0259 Belarusdan g\u0259l\u0259n b\u00fct\u00fcn m\u0259hsullara y\u00fcks\u0259k g\u00f6mr\u00fck r\u00fcsumu t\u0259tbiq ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər