Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Putin və Tokayev iki ölkənin ticarət-iqtisadi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığı müzakirə ediblər.
Prezidentlər xarici dövlətlərin liderləri ilə son təmaslarını dəyərləndiriblər.
Bundan başqa, tərəflər ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının iyulda Astanada keçirilməsi planlaşdırılan iclasına hazırlıq məsələlərini müzakirə ediblər.
Putin və Tokayev Rusiya-Qazaxıstan münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə dair qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.
Teqlər:
"Putin v\u0259 Tokayev aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"