http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

ÜST rəhbəri Azərbaycanla birgə layihələrdən danışıb

02 İyun 2024 , 11:35
ÜST rəhbəri Azərbaycanla birgə layihələrdən danışıb

Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru doktor Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Səhiyyə Nazirliyindən “Operativ Media”ya verilən məlumata görə, görüşdə T.Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində ÜST-nin Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

Öz növbəsində Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. ÜST-nin Baş direktoru gələcəkdə də Təşkilatın Azərbaycanla birgə layihələrin uğurla reallaşdırılacağına əminlik ifadə edib.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbrik edən ÜST-nin Baş direktoru mötəbər tədbirdə iştiraka dəvətinə görə Azərbaycan Hökümətinə təşəkkürünü bildirib. Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi vurğulayan doktor Tedros Adhanom Qebreyesus noyabr ayında keçiriləcək COP29-da iştirakını səbirsizliklə gözlədiyini qeyd edib.

Sonda qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
"Meymunçiçəyi"nin Azərbaycanda yayılmasına qarşı tədbirlər müzakirə olunub

"Meymunçiçəyi"nin Azərbaycanda yayılmasına qarşı tədbirlər müzakirə olunub

Sudanda vəba epidemiyası nəticəsində 48 nəfər ölüb

Sudanda vəba epidemiyası nəticəsində 48 nəfər ölüb

Tatarıstanda Qərbi Nil qızdırmasına yoluxanların sayı 59 nəfərə çatıb

Tatarıstanda Qərbi Nil qızdırmasına yoluxanların sayı 59 nəfərə çatıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu