27 Dekabr 2022, 17:09
Kreml Armen Qriqoryanın bəyanatlarını təxribat hesab edir

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarını təxribat hesab edir.
"Operativ Media" xəbər verir ki, Peskov news.am saytına açıqlamasında bildirib ki, Qriqoryanın bu kimi bəyanatlarına təxribat kimi baxılmalıdır.
“Bu bəyanatlar həqiqəti əks etdirmir. Rusiya məmurlarından heç kim bu barədə açıqlama verməyib və kiminsə vasitəsilə erməni tərəfinə bunu çatdırmayıb” - Peskov bildirib.
Qeyd edək ki, Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.