27 Dekabr 2022, 18:08
Ərdoğan İsrail səfirinin etimadnaməsini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail, Şri-Lanka və Uurqvayın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Ərdoğan İsrailin Türkiyəyə təyin olunan yeni səfiri İrit Lillianın, Şri-Lankanın yeni səfiri Saranya Hasanthi Urugodavatte Dissanayakenin, Uruqvayın yeni səfiri Hüqo Cayrusun etimadnaməsini qəbul edib.
Vurğulanıb ki, Ərdoğan bu gün Qırğız Respublikasının Türkiyədəki səfiri Ruslan Kazakbayevi də qəbul edəcək.
Qeyd edək ki, oktyabrın 6-da Şakir Özkan Torunlar Türkiyənin İsraildə yeni səfiri təyin edilib.