Ana səhifə / Siyasət / Hakan Fidan Pekində səfərdədir Hakan Fidan Pekində səfərdədir 03.06.2024, 17:15 Nərmin Qocamanlı Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasında rəsmi səfərdədir. "Operativ Media" xəbər verir ki, nazir iyunun 5-dək davam edəcək proqramı çərçivəsində Sincan Uyğur Muxtar Bölgəsinə də gedəcək. XİN rəhbəri ilk olaraq beyin mərkəzinin tədbirində iştirak edib və “Dəyişən dünya nizamında Türkiyə-Çin münasibətləri” adlı çıxış edib. Sonra o, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü, Siyasi və Hüquqi Məsələlər Komissiyasının sədri Çen Vençinq ilə görüşüb. Türkiyənin xarici işlər nazirinin həmkarı Vanq Yi və Çinin vitse-prezidenti Han Zheng ilə də görüşü gözlənilir. Fidanın təmaslarının gündəmində ikitərəfli və qlobal məsələlərlə yanaşı, Qəzzadakı soyqırımı da var. Teqlər: "Hakan Fidan Pekind\u0259 s\u0259f\u0259rd\u0259dir"