Mizroyan: Konstitusiyaya dəyişiklik edilməsi Ermənistanın daxili məsələsidir
Nərmin Qocamanlı
İstər Ermənistan, istərsə də Azərbaycan bir-birinin Konstitusiyalarını uzunmüddətli sülhün bərqərar olmasına maneə kimi görür, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyində deyil.
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentdə çıxışı zamanı bildirib.
“Həm Azərbaycan, həm də Ermənistan bir-birinin Konstitusiyasında mühüm problemlər və uzunmüddətli sülhün bərqərar olması üçün maneələr gördüyü mövqeyini səsləndiriblər”, - XİN rəhbəri bildirib.
“Bizim və ya onların Konstitusiyasına düzəlişlər Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil”, - Mirzoyan təkrar edib.
Xarici işlər naziri bildirib ki, ER hökuməti 2018-ci ildən Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında danışıqlar aparır. Bu, Ermənistanın işidir, bu, ölkə daxilində həll olunmalıdır.
Teqlər:
"Mizroyan: Konstitusiyaya d\u0259yi\u015fiklik edilm\u0259si Erm\u0259nistan\u0131n daxili m\u0259s\u0259l\u0259sidir"