Venesuela prezidenti Nikolas Maduro Rusiyaya səfər edəcək. Səfərin vaxtı Latın Amerikası ölkəsindəki siyasi proseslər, o cümlədən prezident seçkiləri ilə razılaşdırılacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xİn-in Latın Amerikası departamentinin direktoru Aleksandr Şetinin məlumat verib.
O qeyd edib ki, prezident seçkiləri Venesuela üçün mühüm hadisədir. Şetininin sözlərinə görə, bu vəziyyəti nəzərə alaraq, Maduro üçün ən uyğun və Rusiya prezidenti Vladimir Putinin təqviminə uyğun bir vaxt təyin ediləcək.
Qeyd edək ki, Venesuelada dövlət başçısını 6 il müddətinə seçəcək prezident seçkiləri 2024-cü il iyulun 28-də keçiriləcək.
Teqlər:
"Venesuela prezidenti Rusiyaya s\u0259f\u0259r ed\u0259c\u0259k"