Menyu

Günəşdən qoruyucu kremlərdən necə istifadə edilməlidir?

Nərmin Qocamanlı
Günəşdən qoruyucu kremlərdən necə istifadə edilməlidir?

"Davamlı mənfi təsirlərə məruz qalan hüceyrənin şiş hüceyrəyə çevrilməsinin qarşısı alınmadıqda xərçəngə çevrilmə riski yüksək olur. Elə buna görə də yay fəslində cildimizi ultrabənövşəyi şüaların təsirindən qorumaq üçün günəş kremlərinin istifadəsi mütləq şəkildə tövsiyə olunur".

Bu barədə dermatoveneroloq Zakir Abiyev “Operativ Media”ya açıqlamasında bildirib ki, günəşdən mühafizə kremləri istifadə edilmədiyi halda dəridə xərçəng yarana bilər:

“Lakin günəşdən qoruyucu kremləri dəriyə tətbiq edib rahat bir şəkildə saatlarla günəş altında gəzmək olmaz, çünki onların təsiri də bir neçə saatlıqdır. Ən azından gün ərzində 2 dəfə bu kremləri yeniləmək lazımdır. Həmçinin keyfiyyətli və orginal günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır ki, dəridə başqa problemlərə səbəb olmasın”.

Həkim bildirib ki, kosmetik mağazalarda və ya apteklərdə satılan günəşdən mühafizə kremlərinin 30 SPF və 50 SPF faktorlu olanları ən çox tövsiyə olunanlardandır.

Sevinc İbrahimzadə

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər