Menyu

Prezident Ümumdünya Ticarət Təşkilatının baş direktorunu qəbul edib - YENİLƏNİB

Nərmin Qocamanlı
Prezident Ümumdünya Ticarət Təşkilatının baş direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olundu.

***

12:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Teqlər:

"Prezident \u00dcmumd\u00fcnya Ticar\u0259t T\u0259\u015fkilat\u0131n\u0131n ba\u015f direktorunu q\u0259bul edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər