Menyu

Prezident: Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

Nərmin Qocamanlı
Prezident: Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib.

Şuşaya yeni çəkilən avtomagistralda 7 tunelin, 9 viadukun, bir çox körpülərin inşa edildiyini və podratçıların əksəriyyəti Türkiyə şirkətləri olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük”.

Teqlər:

"Prezident: Azad edilmi\u015f torpaqlarda T\u00fcrk d\u00fcnyas\u0131n\u0131n birliyini \u0259yani \u015f\u0259kild\u0259 g\u00f6r\u00fcr\u00fck"

Əlaqəli Xəbərlər