http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib - YENİLƏNİB

06 İyun 2024 , 20:26
TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib - YENİLƏNİB

İyunun 6-da Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib.

"Operativ Media" xəbər verir ki, brifinqdə Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova çıxış edib.

Türk Dövlətləri Parlament Assambleyası 13-cü plenar iclasını uğurla başa vurduğunu deyən Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətə, türk dünyasında parlamentlərarası əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə təşəkkürünü bildirib.

Bu gündən Azərbaycan Respublikasının Milli Məclisinin TÜRKPA-ya sədrliyi təhvil aldığını deyən spiker Sahibə Qafarova vurğulayıb ki, təşkilata sədrliyimiz dövründə əməkdaşlığımızın inkişafı naminə var-gücümüzlə çalışacağıq.

Çıxışında Sahibə Qafarova bütün nümayəndə heyətlərinə iclasda fəal iştiraklarına görə minnətdarlıq ifadə edib. TÜRKPA-nın parlamentlərimizin qarşılıqlı faydalı əməkdaşlığının səmərəli platformasına çevrildiyini deyən spiker təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, yeni məzmunla zənginləşdirilməsi üçün birgə səylərin bundan sonra da davam etdirilməsində hamının həmfikir olduğuna əminliyini ifadə edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Parlament Assambleyasının Şura və plenar iclaslarında gündəlikdə duran bütün məsələlər nəzərdən keçirilib, TÜRKPA-nın ötən dövrdəki fəaliyyəti dəyərləndirilib, gələcəkdə atılacaq addımlarla bağlı bir sıra qərarlar qəbul edilib.

Spiker Sahibə Qafarova deyib ki, Assambleyanın 13-cü plenar iclası “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr edilib. İclas çərçivəsində müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar müzakirə olunub. Eyni zamanda bildirilib ki, iclas çərçivəsində yaşıl enerji sahəsində ölkələrimizin irəli sürdüyü təşəbbüslər və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Cari ilin noyabrında Azərbaycanın evsahibliyi edəcəyi COP29-un və bu çərçivədə Azərbaycan Respublikası Milli Məclisinin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Toplantısının həmrəyliyimizin və birgə səylərimizin təşviqi baxımından mühüm platformalar rolunu oynayacağı qeyd olunub.

TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova qeyd edib ki, plenar iclasın yekununda qəbul edilmiş Bakı Bəyannaməsində bir çox mühüm mövzulara toxunulub. Bu Bəyannamə ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin təzahürüdür.

Brifinqdə çıxış edən Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürlərini bildiriblər, Azərbaycan tərəfinə sədrlik dövründə uğurlar arzulayıblar.

TÜRKPA-nın 13-cü plenar iclasının yekunları barədə danışan çıxışçılar, iclas çərçivəsində aparılmış fikir mübadiləsinin, qəbul edilmiş mühüm qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər, üzv ölkələr arasında əməkdaşlığın və birgə fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

***

19:00

TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib.

“Operativ Media” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda bildirib.

“Əmin etmək istəyirəm ki, əməkdaşlığımızın inkişafı naminə çalışacağıq. Ötən illər ərzində TÜRKPA-nın əhəmiyyətli inkişaf yolu olub. Parlamentlərarası əlaqələrimizin inkişafı üçün bundan sonra da işlər görüləcək", - spiker deyib.

Onun sözlərinə görə, iclasın sonunda qəbul edilən Bakı Bəyannaməsində önəmli məqamlara toxunulub:

“Bu bəyannamə ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentarilərinin qarşılıqlı etimad və dəstəyinin təzahürüdür".

Qeyd edək ki, bu gün Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilib. İclasda TÜRKPA-ya daimi komissiyalarının sədrləri, sədr müavinləri və baş katibə yeni müavin seçilib. Həmçinin bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu