http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Muxtar Babayev iqlim dəyişikliyi problemindən danışıb

06 İyun 2024 , 19:35
Muxtar Babayev iqlim dəyişikliyi problemindən danışıb

İqlim dəyişikliyi problemi iqtisadi və siyasi aspektləri əhatə edərək ekologiya çərçivəsindən kənara çıxır.

“Operativ Media” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) iştirakçılarına videomüraciəti zamanı deyib.

Nazir xatırladıb ki, iqlim maliyyələşdirməsi məsələləri tərəflərin Bakıda keçiriləcək COP29 konfransında əsas mövzu olacaq.

“İqlim maliyyələşdirilməsi tərəflərin qarşıdan gələn Bakı Konfransında əsas mövzu olacaq. COP29-da yeni kollektiv iqlim maliyyələşdirməsi kəmiyyət hədəfi ilə bağlı razılığa gəlməliyik. Yeni kollektiv iqlim maliyyəşdirilməsi kəmiyyət hədəfinin müəyyən edilməsi üzrə iş bir-biri ilə əlaqəli bir çox elementi nəzərə almalı olacaq. İqlim maliyyəsi uzun illərdir iqlim diplomatiyasında ən çətin mövzulardan biri olub. Aydındır ki, bütün tərəflərin əsaslı fikirləri var. Biz bütün tərəfləri dinləyirik ki, onların prioritetlərini başa düşək və ədalətli yeni məqsədə nail olmaq üçün mövqelərin yaxınlaşdırılmasına kömək edək”, - o söyləyib.

COP29 prezidenti həmçinin vurğulayıb ki, əsas problem davamlı iqtisadi inkişafı təmin etməklə yanaşı, aşağı karbonlu iqtisadiyyata səmərəli və ədalətli keçidin yollarını tapmaqdır. 

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu