http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ermənistan niyə konstitutsiyasını dəyişməlidir?

07 İyun 2024 , 14:35
Ermənistan niyə konstitutsiyasını dəyişməlidir?

“Ermənistan Konstitutsiyasının dəyişdirilməsi vacibliyi barədə Baş nazir Nikol Paşinyanın mövqeyi bəllidir, o da hesab edir ki, əsas qanunda qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər olmamalıdır. Ancaq hələ ki, bununla bağlı heç bir müsbət addım atılmır”.

Bunu “Operativ Media”ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Asif Nərimanlının sözlərinə görə, Ermənistan konstitutsiyasında nəinki, Azərbaycana, hətta Türkiyəyə qarşı da ərazi iddiaları var. Bu səbəbdən rəsmi İrəvan Konstitutsiyasına dəyişiklik etməlidir:

"Konstitutsiyada qeyd olunur ki, müstəqillik bəyannaməsinin bəndləri icra edilməlidir. Müstəqillik bəyannaməsində isə Qarabağın Ermənistana birləşdirilməsi məsələsi yer alıb. Yəni qondarma Miyatsum məsələsi hələ də onlar üçün gündəmdədir. Bu dövlətin əsas məsələlərindən biri kimi qeyd olunub. Bu açıq şəkildə Azərbaycana qarşı ərazi iddialarının olması deməkdir. Konstitutsiya dəyişdirilməsə, sülh sazişinin imzalanması sual altına düşəcək və yaxud da imzalansa belə davamlı ola biləcəyi də sual altındadır".

Siyasi şərhçi deyir ki, əgər gələcəkdə Ermənistanda hakimiyyət dəyişərsə, onlar sülh sazişindən imtina edib konstitutsiyaya istinad edə bilərlər:

“İkinci və digər sülhə əngəl olan məsələ isə ATƏT-in Minsk qrupunun fəaliyyəti, daha doğru fəaliyyətsizliyi ilə bağlıdır ki, bu məsələdə də dövlət başçısının mövqeyi bəllidir. Prezident Nikol Paşinyana iki dövlətin Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətini təklif edib. Ancaq Paşinyanın bununla bağlı mövqeyi bəlli deyil. Azərbaycan isə heç bir halda Minsk Qrupunun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcək. Ermənistanın arxaikləşmiş heç bir funksiya daşımayan Minsk qrupunun saxlanmasına üstünlük verməsini qonşu dövlətin Azərbaycana qarşı ərazi iddialarının davamı kimi qiymətləndirilir. Bir sözlə, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi və Minsk qrupunun ləğv edilməsinə razılıq verilməsi hərtərəfli sülh sazişinin bağlanması, delimitasiya və demarkasiya işlərinin aparılması istiqamətində ciddi bir irəliləyiş olacaq. Ermənistan xalqı Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasını istəyirsə, o zaman Azərbaycanın və Türkiyənin tələbi ilə yeni qanunvericilik aktlarının qəbulunu da həyata keçirməyə hazır olmalıdır. İndilikdə isə blokada vəziyyətində olan, bütün regional layihələrdən kənarda qalan Ermənistanın ərazi iddiaları, xəstə xülyaları onu dünyadan daha da təcrid vəziyyətinə salır”.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu