http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub

07 İyun 2024 , 16:30
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub

1-3 may tarixlərində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyasının 48-ci sessiyasının sənədi kimi dərc olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü BMT-nin Baş katibinin çıxışlarında və bu təşkilatın rəsmi sənədlərində mədəniyyətlərarası dialoqa dair vacib qlobal təşəbbüs kimi yüksək qiymətləndirilib.

Bu, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikasının dünyada sülhə, əmin-amanlığa, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunmasının sübutudur.

Xatırladaq ki, Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən yüksək səviyyəli qonaqlar və mütəxəssislər iştirak ediblər.

Forumda 4 plenar sessiya və aktual mövzularda 12 panel təşkil olunub. Forumun bir sıra panelləri Şuşada və Ağdamda da keçirilib.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu