Menyu

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ICESCO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi ICESCO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Rabatda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş birektoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.

“Operativ Media” bu barədə ICESCO-nun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, tərəflər Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planını müzakirə ediblər.

Görüş zamanı Əl-Malik ICESCO-nun Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyini təsdiqləyib. 

Fotogalereya

Əlaqəli Xəbərlər