http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sahibə Qafarova Corc Dik ilə görüşüb

28 Dekabr 2022 , 17:03
Sahibə Qafarova Corc Dik ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 28-də İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operariv Media"ya verilən xəbərə görə, spiker, bu görüşün onun diplomatla parlamentdə ikinci görüşü olduğunu xatırladıb və onun səfir kimi fəaliyyətini yüksək qiymətləndirib.

 

Cari il noyabrın 18-də Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması haqqında qanunun qəbul edildiyini xatırladan Milli Məclisin sədri deyib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu söyləyən Sahibə Qafarovanın sözlərinə görə, bu illər ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlıq dinamik inkişaf edib. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər müstəsna rol oynayır.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-İsrail münasibətlərindən danışarkən, vurğulanmalı olan ən mühüm amillərdən biri də insanlar arasında təmaslardır. Azərbaycanda əsrlər boyu yəhudilər və azərbaycanlılar sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. İsraildəki Azərbaycan diasporu, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verirlər.

Parlamentlərarası əlaqələrdən danışan spiker Sahibə Qafarova bildirib ki, qanunverici orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Milli Məclisin sədri, İsraildə keçirilən sonuncu parlament seçkilərinə qədər hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, onların müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynadığını bildirib və ümidvar olduğunu diqqətə çatdırıb ki, İsrail parlamentinin yeni tərkibində də Azərbaycanla dostluq qrupu tezliklə yaradılacaq və bu əlaqələr genişlənərək davam edəcək. 

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də danışan Milli Məclisin sədri bildirib ki, bu gün də Ermənistanın bu istiqamətdə qanunsuz fəaliyyəti davam edir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilir və Laçın yolundan istifadə etməklə Ermənistana daşınır.

İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik səmimi qəbula görə minnətdarlığını bildirərək, səfir kimi ölkəmizdə fəaliyyətə başlayandan sonra - 2020-ci ilin oktyabrında, Vətən müharibəsi günlərində Azərbaycan Milli Məclisində olduğunu və spiker Sahibə Qafarova ilə görüşdüyünü xatırladıb. O, deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və İsraildə Azərbaycanın səfirliyinin açılması ilə bağlı arzuları artıq reallaşıb. Diplomat Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılması haqqında qanunun bütün deputatların dəstəyi ilə qəbul olunmasının təqdirəlayiq olduğunu bildirib və Milli Məclisin bütün üzvlərinə təşəkkürünü ifadə edib. Səfir bildirib ki, bu, İsraildə də olduqca yüksək qiymətləndirilib. Bu qərarın qəbulu ilə əlaqədar İsrail Prezidenti Azərbaycan Prezidentinə zəng edib, XİN başçıları arasında telefon danışığı olub. Həmçinin, parlamentdə keçirilən müzakirələrdə də təbrik mesajları səsləndirilib. İsrail ictimaiyyəti bu məsələyə çox pozitiv reaksiya göstərib. 

O, parlamentlərimiz arasında münasibətlərin də inkişaf etdiyini, hazırda bu ölkənin qanunverici orqanında Azərbaycanla dostluq qrupunun yeni tərkibində yer almaq üçün çoxsaylı müraciətlər olduğunu diqqətə çatdırıb.

Səfir, demək olar ki, Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərinə səfər etdiyini, Ağalı kəndində görülən işlərlə yerində tanış olduğunu və burada görülən işlərin onda böyük təəssüratlar oyatdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
Menyu