Azərbaycan və Albaniya energetika nazirləri arasında görüş olub
Nərmin Qocamanlı
"Hökumətlərarası Komissiyanın ilk iclası çərçivəsində Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ilə tərəfdaşlıq gündəliyimizdəki prioritetlərə dair fikir mübadiləsi apardıq".
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.
"Dövlət başçılarının dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyən strateji kursuna müvafiq bütün sahələrdə nəticəyönümlü fəaliyyətə Hökumətlərarası Komissiya vasitəsilə qarşılıqlı dəstək verməyi razılaşdırdıq", - nazir qeyd edib.
Teqlər:
"Az\u0259rbaycan v\u0259 Albaniya energetika nazirl\u0259ri aras\u0131nda g\u00f6r\u00fc\u015f olub"