Menyu

Lavrov Ukrayna konfransı ilə bağlı Çinə təşəkkür edib

Nərmin Qocamanlı
Lavrov Ukrayna konfransı ilə bağlı Çinə təşəkkür edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə danışıqlarda Çin Xalq Respublikasına Ukraynada keçirilən münaqişənin həlli üzrə İsveçrə konfransında iştirak etməmək qərarına görə təşəkkür edib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiyalı diplomat qeyd edib ki, bu həftənin sonunda İsveçrədə keçiriləcək sülh konfransı Rusiya Federasiyasının bərabər şəkildə iştirakını və bütün sülh təşəbbüslərinin və mövcud reallıqların ədalətli qiymətləndirilməsi demək deyil.

Qeyd edək ki, Ukraynadakı münaqişənin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən çox ölkə iştirakını təsdiqləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər