http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

BMT-nin Əhali Fondu ilə görüləcək birgə işlər müzakirə olunub

10 İyun 2024 , 17:00
BMT-nin Əhali Fondu ilə görüləcək birgə işlər müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Məryəm Xanla görüş olub.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, ƏƏSMN ilə BMT-nin Əhali Fondu arasında uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illər ölkəmizdə təkmil demoqrafik proqnozlaşdırma sisteminin yaradılması, əhali proqnozlarının hazırlanması sahəsində aparılmış işləri diqqətə çatdırıb.

Bu işlərdə, habelə Milli Transfer Hesabatının hazırlanmasında, əlilliyi olan qadınlar və müharibə veteranlarının sosial dəstəklə əhatə olunmasında, fəal yaşlanmanın təşviqində icra olunan birgə layihələrin önəmi vurğulanıb.

Qadınlara qarşı zorakılıqla mübarizə üzrə BMT-nin Əhali Fondunun qlobal proqramı, həmçinin UNFPA ilə əməkdaşlıqda hazırlanmış “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində görülən işlərdən bəhs olunub.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

M.Xan Nazirliklə BMT-nin Əhali Fondunun davamlı əməkdaşlığından məmnunluğunu, UNFPA-nın 2021-2025-ci illər üzrə Ölkə Proqramı çərçivəsində birgə işlərin miqyasının genişlənməkdə olduğunu qeyd edib.

Görüşdə BMT-nin Əhali Fondu ilə mövcud əməkdaşlıq gündəliyi və görüləcək birgə işlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu