http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB

11 İyun 2024 , 16:15
Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə nazirlər Azərbaycan-Almaniya münasibətlərinə böyük önəm verdiklərini, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Almaniya tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar mövcud olduğu vurğulanıb. Bu çərçivədə Petersberq Dialoqunun birgə uğurlu təşkilinin, eləcə də hal-hazırda keçirilən Bonn Konfransının əhəmiyyəti qeyd edilib.

C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək, sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb. Bu çərçivədə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən iddianın maneə olduğu xatırlanıb.

Qarşılıqlı maraq doğuran digər regional məsələlər də müzakirə olunub.

***

15:55

Xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Almaniyanın xarici işlər naziri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər iqtisadi və humanitar sahələr də daxil olmaqla gələcək əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini, COP29 çərçivəsində hazırlıqları, eləcə də regional məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu