Menyu

Ərdoğan İspaniyaya səfərə yola düşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ərdoğan İspaniyaya səfərə yola düşüb - YENİLƏNİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyaya səfərə yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidməti məlumat yayıb.

***

10:22

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İspaniyaya səfər edəcək.

"Operativ Media" xəbər verir ki, Ərdoğan görüşlərinin ilk günündə İspaniya kralı VI Felipe ilə görüşəcək. Sabah o, İspaniyanın baş naziri Pedro Sançeslə görüşəcək.

İki günlük səfərin əsas gündəmi İsrailin Qəzzada törətdiyi qətliam olacaq.

Səfər zamanı qlobal hadisələr və Türkiyə-İspaniya əlaqələri də müzakirə olunacaq. Ərdoğan baş nazir Sançeslə birlikdə Türkiyə və İspaniya arasında 8-ci hökumətlərarası sammitə sədrlik edəcək.

Sammitdə ticarət, maliyyə, mədəniyyət və idman sahələrində də bir çox müqavilələrin imzalanması planlaşdırılır.

Türkiyə və İspaniya iş adamlarının qatılacağı biznes forumun açılışında prezident Ərdoğanın da iştirakı gözlənilir.

Teqlər:

"\u018frdo\u011fan \u0130spaniyaya s\u0259f\u0259r\u0259 yola d\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər