http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Hulusi Akar: Rusiya və Suriya ilə üçtərəfli danışıqlar davam edəcək

29 Dekabr 2022 , 10:03
Hulusi Akar: Rusiya və Suriya ilə üçtərəfli danışıqlar davam edəcək

"Görüşdə Suriya və bölgədəki vəziyyətin ən qısa zamanda yaxşılaşdırılması, sülh, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün nələr edilə biləcəyini müzakirə etdik".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar dünən Moskvada keçirilən Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin görüşü ilə bağlı mətbuata açıqlamasında bildirib.

Türkiyənin fikir və qiymətləndirmələrini çatdırdıqlarını, digər tərəflərin də qiymətləndirmələrini dinlədiklərini bildirən nazir Akar qeyd edib ki:

“Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri terrorizmlə mübarizə idi. Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu, başqa məqsədimiz olmadığını vurğuladıq. Suriyaya da təhlükə yaradan PKK/YPG, DAİŞ kimi terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyi hədəflədiyimizi bildirdik. Ölkəmizin, millətimizin, sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün səy göstərdiyimizi söylədik. Bu araşdırmalar çərçivəsində Suriyadan Türkiyəyə daha çox köçün qarşısını almaq üçün səy göstərdiyimizi də bildirdik. Suriya probleminin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində əhatəli və vahid şəkildə həll edilməsinin vacibliyini vurğuladıq. Bu mənada qarşıdakı günlərdə həyata keçiriləcək işlərin bölgədə və Suriyada sülh və sabitliyə ciddi töhfələr verəcəyini düşünürük” - deyə nazir bildirib.

 

Üçtərəfli görüşlərin davam etdirilməsi mövzusunda razılaşdıqlarını açıqlayan nazir Akar, “Arzumuz bölgəyə sülh, əmin-amanlıq və sabitliyin ən qısa zamanda gəlməsidir. Bunun üçün indiyə qədər etdiyimiz kimi bundan sonra da üzərinə düşən vəzifələri yerinə yetirəcək, lazımi töhfələri verəcəyik” -deyə, qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

XƏBƏR LENTİ
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:48

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
Menyu