Menyu

Muxtar Babayev Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Nərmin Qocamanlı
Muxtar Babayev Çex Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb
1 dəq oxu

Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

ETSN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər