
"Yunanıstanın Rusiyanın icazəsi olmadan S-300-ləri başqa ölkəyə ötürmək hüququ yoxdur".
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın 1-ci kanalına açıqlamsında bildirib.
"Biz səfirimizə tapşırdıq ki, Yunanıstan Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə müraciət etsin və bu sistemlərin Yunanıstana çatdırıldığını xatırlatsın. Razılaşmaya görə, Yunanıstanın bizim icazəmiz olmadan bu sistemləri heç kimə təhvil vermək hüququ yoxdur. Biz bunu yunanlara xatırlatdıq, onlar bizə öz öhdəliklərinə diqqət yetirdiklərini söylədilər”.
Bu kimi məsələləri yaxından izlədiklərini ifadə edən Lavrov, "Oyanıq olmalıyıq. Çünki "Ukraynanı xilas edəcəyik, Ukrayna Avropadır" şüarı ilə bir çox qanunsuz işlər görülür" - deyə qeyd edib.