07 Oktyabr 2022, 19:33
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub şəkil
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Noyabrın 5-6-da ölkəmizdə ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından "Operativ Media"ya verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunacaq yarışda Serbiyada baş tutmuş son dünya çempionatında ilk “5-lik”də yer alan milli komandalarla yanaşı, dünya yığması (all star) iştirak edəcək.

Bu gün Dünya Güləş Birliyi tərəfindən püşkatma mərasimi keçirilib və 6 iştirakçı 2 qrupa bölünüb.

Millimiz B qrupunda Serbiya və dünya yığması ilə mübarizə aparacaq. A qrupunda isə Türkiyə, İran və Qırğızıstan yer alıb.

Reqlamentə əsasən, noyabrın 5-də qrup mərhələsinin görüşləri baş tutacaq.

Qruplarda 1-ci yeri tutan komandalar finala yüksələcək. İkinci pillədə qərarlaşan komandalar isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanacaq. Həlledici qarşılaşmalar noyabrın 6-da keçiriləcək.

Son xəbərlər
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
“Prezident Kuboku”nda iştirak edəcək ölkələrin adları müəyyənləşdi
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb
Sumqayıt Tekstil Fabrikində 19 nəfər zəhərlənib - YENİLƏNİB
Pakistan ayın əvvəlindən 80 mindən çox əfqanı deportasiya edib