Braziliya İsveçrədə keçiriləcək Ukrayna sammitində iştirak etməyəcək, çünki Rusiyasız belə tədbirlər təşkilatçıların sülh yolu ilə həllində maraqlı olmadığını göstərir.
"Operativ Media" xəbər verir ki, bunu Braziliya prezidenti Lula da Silva bildirib.
O, Braziliyanın münaqişənin yalnız bir tərəfinin təmsil olunduğu konfransda iştirak etməyəcəyini vurğulayıb.
"İki ölkə müharibədədir, ona görə də sülh istəyirsənsə, hər iki tərəfi danışıqlar masasına oturtmalısan. Amma siz yalnız bir tərəfi dəvət edirsiniz. Bu o deməkdir ki, əslində, siz sülh istəmirsiniz", - Silva bildirib.
Qeyd edək ki, Ukraynadakı münaqişənin Rusiyanın iştirakı olmadan həllinə dair sammit iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən çox ölkə iştirakını təsdiqləyib.
Teqlər:
"Braziliya Ukrayna sammitind\u0259 i\u015ftirak etm\u0259y\u0259c\u0259k"