Menyu

Azərbaycan və Qırğız respublikaları gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq edəcək

Nərmin Qocamanlı
Azərbaycan və Qırğız respublikaları gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq edəcək

2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiqlənib.

"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Q\u0131r\u011f\u0131z respublikalar\u0131 g\u00f6mr\u00fck idar\u0259etm\u0259sinin t\u0259kmill\u0259\u015fdirilm\u0259si m\u0259qs\u0259dil\u0259 \u0259m\u0259kda\u015fl\u0131q ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər