http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

14 İyun 2024 , 19:10
Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

"Operativ Media" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə proqram çərçivəsində görülmüş işlər, gənclərin fərdi inkişaf sahəsində qazandıqları yeni biliklər, onların idarəçilik səriştələrinin artırılması və gələcək planları barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri gənclərin Azərbaycanın inkişafı üçün həvəslə çalışmalarını, bilik və bacarıqlarını davamlı şəkildə artırmalarını təqdir edib, gələcəyə inamlı baxışları olan yeni nəslin ölkə üçün əvəzolunmaz kapital olduğunu vurğulayıb.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərin faydasını qeyd edərək, aparılan fikir mübadiləsinin onların idarəçilik təcrübələrinin və peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini bildiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və “Yüksəliş” İctimai Birliyi tərəfindən Mentorluq proqramı çərçivəsində qaliblərin istəkləri nəzərə alınmaqla fərdi inkişaf planları hazırlanıb. Buna uyğun olaraq, mentorların dövlət və özəl sektor, beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşləri təşkil edilib, müxtəlif istiqamətlərdə maraqlı müzakirələr aparılıb. Qaliblərin fərdi inkişafına dəstək göstərmək məqsədilə onlar təlim və nazirlik tərəfindən təşkil olunan “4SİM Talks” layihəsində iştiraka cəlb olunublar. Fərdi inkişaf planları üzrə qaliblərin bilik və bacarıqlarının artırılması üzrə işlər davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

XƏBƏR LENTİ
  • 21:58

    Türkiyə Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacaq
  • 21:45

    KİV: Polşa F-16-larını Ukraynaya verməyəcək
  • 21:30

    BMT Məhkəməsi İsraili işğal etdiyi Fələstin torpaqlarını tərk etməyə çağırıb
  • 21:16

    ABŞ iki rusiyalıya qarşı sanksiya tətbiq edib
  • 21:01

    Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
  • 20:57

    Şuşada II Qlobal Media Forum keçiriləcək
  • 20:54

    “ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib
  • 20:46

    Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?
Menyu