Menyu

Şuşa Bəyannaməsinin imzalanmasından ötən 3 il

Redaksiya
Şuşa Bəyannaməsinin imzalanmasından ötən 3 il

Bu gün Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsindən imzalanmasından 3 il ötür. 

Bəyannamə iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edir.

Bəs bəyannamənin müddəaları bu müddət ərzində necə reallaşıb?

“Operativ Media” xəbər verir ki, ötən 3 il ərzində bəyannamənin müddəlarına uyğun olaraq iki ölkə arasında bir sıra istiqamətlərdə strateji əlaqələr inkişaf etdirilib. Şuşa bəyannaməsi ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyət kəsb edir. 

Hərbi əməkdaşlıq

Sözsüz ki, bəyannamənin əsas müddəalarından biri hərbi əməkdaşlıqdır. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq fəaliyyətinin 30 ildən çox yaşı var. Bu müddət ərzində hər iki ölkənin hərbi qulluqçalırının xeyli sayda birgə təlimləri keçirilib. Azərbaycan ordusunun bütün qoşun növləri üzrə hərbi qulluqçuları müxtəlif vaxtlarda Türkiyədə hərbi kurslarda iştirak ediblər. Bəyannamədə Azərbaycan və Türkiyə şəxsi heyət mübadiləsi, kadr, silah-sursat, hərbi sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bu 3 il ərzində isə Azərbaycan ordusunda komando hərbi hissələrinin yaradılması Türkiyə ordu modelinin real tətbiqi idi. 

Bəyannamədə o da vurğulanır ki, tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər. Elə bu müddəaya uyğun olaraq pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı aprelin 27-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar. “Baykar” Azərbaycanda törəmə şirkət qurub. Bu, “Bayraktar Texnologiya Azərbaycan” şirkətidir.

 

Məlumata əsasən, bu şirkət süni intellektlə işləyən pilotsuz sistemlərin tədqiqi və inkişafı, pilotsuz platformalar, fabrik səviyyəsində texniki xidmət, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində işləyəcək.

Enerji sahəsində əlaqələr

Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. O cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsində Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu müddət ərzində çoxşaxəli enerji tərəfdaşlığının yeni mərhələdə inkişafını təmin edən təbii qaz və “yaşıl enerji” sahələrindəki prioritetlər və gündəlikdə olan layihələr nəzərdən keçirilib. İğdır-Naxçıvan qaz kəmərinin inşası tezliklə yekunlaşacaq və ilin sonunadək Naxçıvan Türkiyə üzərindən qazla təchiz olunacaq. Hazırda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq gündəliyi mövcuddur, müvafiq Hökumətlərarası Sazişlə Azərbaycandan və üçüncü ölkələrdən Türkiyə və Avropaya qaz tədarükünə imkanlar yaranıb.

Teqlər:

"\u015eu\u015fa B\u0259yannam\u0259sinin imzalanmas\u0131ndan \u00f6t\u0259n 3 il"

Əlaqəli Xəbərlər