Borrel: “Ukraynaya dəstəyimiz dayanmadan davam edəcək”
Nərmin Qocamanlı
“Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya növbəti mənasız və kütləvi raket hücumu infrastrukturu və tibb müəssisələrini heç bir fərq qoymadan məhv edir, mülki insanları qəsdən hədəfə alır və öldürür: “Ukraynaya dəstəyimiz dayanmadan davam edəcək”.