Menyu

Maştağada kişi arvadını öldürdükdən sonra intihar edib

Operativ Media
Maştağada kişi arvadını öldürdükdən sonra intihar edib

Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Elxan Ələsgərov və 1977-ci il təvəllüdlü Mahidə Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

"Operativ Media" xəbər verir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər zəruri hərəkətlər aparılmışdır.

İlkin araşdırma nəticəsində Elxan Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə arvadı Mahidə Əsədovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır. 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər