http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“TikTok”da bahalı telefonları ucuz qiymətə satmaq adıyla insanları aldadan şəxs saxlanılıb

30 Dekabr 2022 , 12:10
“TikTok”da bahalı telefonları ucuz qiymətə satmaq adıyla insanları aldadan şəxs saxlanılıb

“TikTok”da bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə
elanlar yerləşdirərək ona müraciət edənləri aldadan şəxs saxlanılıb

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, paytaxt ərazisində polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək insanları aldadan, həmçinin bank kartlarından oğurluqlar edən şəxslər saxlanılıblar.


 Belə ki, “TikTok” sosial şəbəkəsində bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə elanlar yerləşdirərək ona müraciət edənlərdən beh adı altında müxtəlif məbləğlərdə pul alan və daha sonra həmin şəxsləri aldadan Nihat Qurbanov tutulub. O, ifadəsində bu yolla təqribən 45-50 nəfəri aldatdığını və pul aldığı şəxsləri sonradan onunla əlaqə saxlamamaları üçün bloka atdığını bildirib. 


Həyata keçirilən növbəti əməliyyatlar zamanı isə özünü hotel əməkdaşı kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən və onların hesabından öz kartına pullar köçürən Əli Dadaşov tutulub. Bu şəxsin də dələduzluq yolu ilə 10-dan artıq taksi sürücüsünü aldatdığı məlum olub.


Paytaxtda polisin həyata keçirdiyi növbəti əməliyyatlar zamanı isə vətəndaşların kartlarındakı pul vəsaitlərini müxtəlif üsullarla ələ keçirən Rüfət Yusifov, Amin və Ramil Əliyev qardaşları tutulublar.


Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə  məlumat verə bilərlər.


Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

XƏBƏR LENTİ
  • 09:48

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
Menyu