Menyu

Putin və Si Cinpin arasında videoformatda görüş keçirilib

Nərmin Qocamanlı
Putin və Si Cinpin arasında videoformatda görüş keçirilib
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında videoformatda görüş olub.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, Putin iki ölkə arasında ticarət dövriyyəsinin 2022-ci ildə 25 faiz artdığını, tezliklə 200 milyard dollara çatacağını bildirib.

O, Rusiya və Çinin əlaqələrinin ədalətli dünya nizamının yaradılmasına xidmət etdiyini də vurğulayıb.

Putin deyib ki, hərbi-texniki sahədə iki ölkənin əməkdaşlığı davam edir.

Məlumata görə, Si Cinpinin 2023-cü ilin yazında Rusiyaya dövlət səfəri edəcəyi planlaşdırılır.

 

Əlaqəli Xəbərlər