http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Elnur Soltanov: Təmiz hidrogen COP29 sədrliyinin təşəbbüslərindən biri olacaq

25 İyun 2024 , 19:58
Elnur Soltanov: Təmiz hidrogen COP29 sədrliyinin təşəbbüslərindən biri olacaq

Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Almaniyanın Xarici İşlər Nazirliyinin "H2-diplo - Dekarbonizasiya Diplomatiyası" təşəbbüsü çərçivəsində GIZ tərəfindən təşkil edilmiş tədbirdə açılış nitqi ilə çıxış edərək təmiz hidrogenin COP29 sədrliyinin təşəbbüslərindən biri olacağını vurğulayıb.

Bu barədə "Operativ Media"ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çıxış zamanı COP29-un ev sahibi kimi Azərbaycanın strateji planları və təşəbbüsləri, enerji günündə həyata keçirilməsi planlanan tədbirlər haqqında məlumat verib. Azərbaycanın kabonsuzlaşma sahəsindəki fəaliyyətinin əsas istiqaməti olan enerji keçidi sahəsindəki fəaliyyətinin COP29 prezidentliyinin Azərbaycana keçməsindən xeyli əvvəl başladığı və hətta COP29 çərçivəsində qlobal iqlim müzakirələri üçün seçilən şüarın, demək olar ki, Azərbaycan üçün əvvəlcədən seçilmiş şüarla eyni olduğu vurğulanıb.

Təmiz hidrogenin COP29 sədrliyinin təşəbbüslərindən biri olacağı, xüsusilə də beynəlxalq sertifikatlaşdırma sxemləri sahəsində atılacaq addımların bu sahənin inkişafına təkan verəcəyinə ümid edildiyi qeyd edilib. Azərbaycanda bu sahədə beynəlxalq tərəfdaşlarla görülən işlərdən bəhs edilib və Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində sadəcə yaşıl elektronların deyil, eyni zamanda yaşıl hidrogenin ixrac imkanlarının araşdırıldığı vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib

Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib

KİV: Aİ liderləri Macarıstanın ev sahibliyi etdiyi tədbiri boykot edəcək

KİV: Aİ liderləri Macarıstanın ev sahibliyi etdiyi tədbiri boykot edəcək

Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayı keçiriləcək

Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayı keçiriləcək

XƏBƏR LENTİ
  • 18:58

    "Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
  • 17:59

    Fərqli əyləncə axtarırsınızsa, yaxta kirayələyə, paraşütlə uça bilərsiniz - QİYMƏTLƏR
  • 17:57

    Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
  • 17:38

    Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib
  • 17:37

    AÇ-2024-ün ən yaxşı ilk 11-liyi açıqlandı
  • 17:36

    Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Menyu