Qriqoryan: "Rusiyanın icazəsi olmasaydı, müharibə olmazdı"
Nərmin Qocamanlı
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Qarabağı Azərbaycana verməkdə ittiham edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Qriqoryanın sözlərinə görə, İrəvan Azərbaycanla Rusiyadan tamamilə asılı olduğu bir vaxtda mübarizə aparıb. Bundan əlavə, onun bəyanatına görə, Rusiya Qarabağı ələ keçirib.
“Rusiya gəldi, Qarabağı əlimizdən aldı, Azərbaycana verdi, sonra getdi, bütün həqiqət budur. Mən iddia edirəm ki, Rusiya Qarabağı ələ keçirib. Rusiyanın icazəsi olmasaydı, müharibə olmazdı", - Qriqoryan jurnalistlərə verdiyi açıqlamada deyib.