Azərbaycan Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib
Nərmin Qocamanlı
Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.
"Operativ Media" xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.
"Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq", - nazir qeyd edib.