http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"La Gazette du Caucase" Avropa Parlamentindəki qərəzliliyi tənqid edib

29 İyun 2024 , 11:30
"La Gazette du Caucase" Avropa Parlamentindəki qərəzliliyi tənqid edib

Avropa Parlamentində Azərbaycana qarşı təxribatlar adi məsələyə çevrilib. Elə dünən 15 deputatın dərc etdiyi "bəyannamə"də Bakının ünvanına növbəti dəfə əsassız ittihamlar irəli sürülüb.

Fransanın La Gazette du Caucase onlayn qəzetində dərc olunan məqalədə qeyd olunub ki, bu "sənəd"in arxasında duran milliyyətçiləri hərfiyyən Azərbaycana qarşı nifrət birləşdirir.

"İmzalayan tərəflər Azərbaycanın Fransa və Ermənistan arasındakı hərbi əməkdaşlığa reaksiyasını "təkəbbürlü" hesab edirlər. Onlar növbəti dəfə Azərbaycanı Qarabağı könüllü olaraq tərk etmiş ermənilərə qarşı qondarma "etnik təmizləmə" həyata keçirməkdə ittiham edir, həmçinin, Avropa Komissiyasını guya bunu görməzdən gəldiyinə görə tənqid edirlər.

Lakin onlar Sovet İttifaqının dağılmasından sonra məhz Ermənistan qoşunlarının Qarabağı və onun ətrafındakı rayonları işğal etmək məqsədilə Azərbaycan ərazisinə soxulduğunu asanlıqla gözdən qaçırır və ya görməzdən gəlməyə üstünlük verirlər. Nəticədə Azərbaycan ərazisinin təxminən beşdə bir hissəsi otuz ilə yaxın müddət ərzində işğal altında qalıb", - məqalədə deyilir.

Müəlliflər oxuculara xatırladır ki, Birləşmiş Millətlər Təşkilatı bu torpaqları dəfələrlə Azərbaycanın suveren ərazisi kimi tanıyıb – Fransa özü bu qətnamələri dəstəkləyib.

"Beləliklə, Azərbaycanın qondarma "təcavüz"ü barədə nəzəriyyələr faktların sadə təhrifi olmaqla tamamilə saxtadır.

Ermənilərin qondarma "etnik təmizləmə"si real hadisələrin növbəti təhrifidir.

Azərbaycan kimi ən kosmopolit və multikultural ölkələrdən biri olaraq tanınan bir ölkə necə bu cür cinayət törədə bilərdi? Qarabağın erməniəsilli sakinləri qovulmayıb, onları buna erməni qoşunları məcbur edib. Onların fikrincə, qalmaqla xəyali "respublika"larının yekun iflasını etiraf etməli olacaqlar. Bölgədə yeganə etnik təmizləmə 1987-ci ildə və bir daha 1993-cü ildə bir milyona yaxın azərbaycanlı Ermənistandan, sonra isə Qarabağdan qovulanda ermənilər tərəfindən təşkil olunub. Amma bu, görünür, sırf ermənilərin vəziyyətinə görə narahat olan avropalı parlamentariləri maraqlandırmır", - deyə müəlliflər sonda bildirib.

Azərbaycanın Fransanın Ermənistanı aktiv şəkildə silahlandırması ilə bağlı narahatlıqları olduqca əsaslıdır. Parisin bu addımı açıq şəkildə Cənubi Qafqazda təsirini gücləndirmək, İrəvanın asılılığını artırmaq və Azərbaycanın regionda sülhün bərqərar olması üzrə səylərini sarsıtmaq məqsədi daşıyır.

Bir neçə avropalı parlamentari qətnamə, bəyannamə və digər səmərəsiz sənədlər hazırlamağa davam edə bilər. Bu hərəkətlər onların şəxsi xudbin maraqlarına xidmət etsə də, Bakının yeritdiyi dürüst siyasətə təsir göstərməyəcək.

OXŞAR XƏBƏRLƏR
Prezident: Sülh müqaviləsinin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra bilərik

Prezident: Sülh müqaviləsinin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra bilərik

Prezident İlham Əliyev Filippinin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Filippinin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan və İrsail XİN başçıları beynəlxalq və regional məsələləri müzakirə edib

Azərbaycan və İrsail XİN başçıları beynəlxalq və regional məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 17:45

    Türkiyə və Konqo XİN rəhbərləri görüşüb
  • 17:41

    Pərviz Şahbazov pakistanlı nazir ilə COP29-un enerji gündəliyində olan prioritet məsələləri müzakirə edib
  • 17:37

    Azərbaycan və Bolqarıstan arasında iqtisadi əlaqələrin inkişaf istiqamətləri müzakirə edilib
  • 17:30

    Prezident: Sülh müqaviləsinin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra bilərik
    Prezident: Sülh müqaviləsinin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra bilərik
  • 17:26

    Prezident İlham Əliyev Filippinin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
  • 17:23

    Prezident Kanadanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
  • 17:22

    Azərbaycan və İrsail XİN başçıları beynəlxalq və regional məsələləri müzakirə edib
  • 17:16

    Bakının iki prospektində təmir işləri yekunlaşmaq üzrədir
Menyu