08 Oktyabr 2022, 00:19
ABŞ Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının yaradılmasını alqışlayır
ABŞ Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının yaradılmasını alqışlayır şəkil
ABŞ Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının yaradılmasını alqışlayır

ABŞ Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır və bunun tərəflər arasında danışıqları asanlaşdıracağına ümid edir.

“Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Biz Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşdən məmnunluq duyur və hərtərəfli sülh prosesinə təkan vermək üçün Fransa Prezidentinin və Avropa Şurası rəhbərinin addımlarını alqışlayırıq”.

Eyni zamanda Dövlət Departamentinin rəsmisi ABŞ-ın Aİ-nin regionda müşahidəçi missiyası məsələsində irəliləyişi alqışladığını bildirib:

“Bu missiya tərəflər arasında etimadın yaradılmasına xidmət edir və Ermənistanla Azərbaycan arasında danışıqlara töhfə verməyə davam edəcək”.

Xatırladaq ki, Avropa Şurasının bəyanatına əsasən, Aİ-nin mülki missiyası oktyabrda Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayacaq və iki ay davam edəcək.

Son xəbərlər
Azərbaycan PL: "Zirə" 3 xalı 3 qolla qazandı
Bügünkü yanğında 5 maşın yanaraq külə dönüb
Peskov: Atəşkəs bu gün gecə yarısı başa çatacaq
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər