Menyu

Pediatr: Dəniz suyu uşaqlarda müxtəlif xəstəliklərə səbəb ola bilər

Nərmin Qocamanlı
Pediatr: Dəniz suyu uşaqlarda müxtəlif xəstəliklərə səbəb ola bilər

"Dəniz suyu uşaqlarda müxtəlif xəstəliklərə səbəb ola bilər".

Bunu "Operativ Media"ya həkim pediatr Samir Əliyev bildirib.

Onun sözlərinə görə, dənizdə çimərkən xüsusən azyaşlılara diqqət etmək lazımdır. Çünki, bilmədən udulan su uşaqlar üçün təhlükə mənbəyinə çevrilir.

Pediatr bildirib ki, dəniz sezonunun başlaması ilə mədə-bağırsaq infeksiyalarının sayı artıb:

"Uşaqlar dənizdə istəmədən də olsa su udurlar. Bundan əlavə istənilən halda əllərini ağızlarına aparırlar. Nəticədə qusma, ishal, qızdırma halları baş verir".

Həkim bildirir ki, bundan başqa valideynlər günün pik saatlarında uşaqları günəşin zərərli şüalarından uzaq tutmalıdırlar:

"6 ay altındakı uşaqlarda daha diqqətli olmaq lazımdır. Çünki, körpələrin dərisində günəş kremlərindən istifadə məqsədəuyğun hesab olunmur. Mümkün olduqca günün pik saatlarında körpələri günəşin zərərli şüalarından qorumaq lazımdır. Bundan başqa dənizdə sanitariya - gigiyena vəziyyətinə də xüsusi diqqət etmək lazımdır. Bunlar bərabərində yoluxucu xəstəliklərin artmasına səbəb ola bilər".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər