İranda prezident seçkilərinin ikinci turu öncəsi "sükut günü" başlayıb
Nərmin Qocamanlı
İranda prezident seçkilərinin ikinci turu öncəsi "sükut günü" başlayıb.
"Operativ Media" xəbər verir ki, iki namizəd - mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan seçki kampaniyasını başa vurub və təşviqat aparmaq qadağan edilib.
Qeyd edək ki, iyunun 28-də İran İslam Respublikasında prezident seçkilərinin birinci turu keçirilib. İlk turda dörd namizəd iştirak edib. Onların heç biri 50%-dən çox səs toplaya bilməyib. Keçmiş səhiyyə naziri Pezeşkiyan (birinci turda səslərin 42,5 faizi) və İran liderinin Respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Cəlili (birinci turda səslərin 38,6 faizi) ikinci tura keçiblər. İkinci tur iyulun 5-də keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net