Menyu

Paşinyan: Ermənistan ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır

Nərmin Qocamanlı
Paşinyan: Ermənistan ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır
1 dəq oxu

Ermənistan ABŞ ilə münasibətlərinin səviyyəsini bir çox sahələrdə strateji tərəfdaşlığa yüksəltməyə hazırdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü münasibətilə Amerika lideri Co Baydenə ünvanladığı məktubda deyilir.

Paşinyan bildirib ki, Ermənistan regionda sülhün bərqərar olması prosesində ABŞ-nin rolunu yüksək qiymətləndirir.

Əlaqəli Xəbərlər