Paşinyan: Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var
Redaksiya
Ermənistanın yeni Əsas Qanuna (Konstitusiyaya) ehtiyacı var.
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Konstitusiya Günü münasibətilə təbrik edərkən deyib.
“Xalq yeni Konstitusiyanı onlar tərəfindən yaradılmış və qəbul edilmiş hesab edəcək”, - deyə baş nazir qeyd edib.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasını dəyişəcəyi təqdirdə imzalana bilər. Çünki burada Azərbaycana qarşı ərazi iddiaları var.
Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib və üç dəfə düzəlişlər edilib.
Teqlər:
"Pa\u015finyan: Erm\u0259nistan\u0131n yeni Konstitusiyaya ehtiyac\u0131 var"