KİV: Türkiyə və Suriya prezidentləri Rusiyada görüşə bilər
Nərmin Qocamanlı
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 13 ildən sonra ilk görüş Rusiyada baş tuta bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə Ankaradakı mənbələrə istinadən Türkiyə qəzeti məlumat yayıb.
Məlumata görə, görüş sentyabrda gerçəkləşə bilər.
Nəşrin məlumatına görə, görüş yeri kimi Rusiya, Fars körfəzi ölkələri və İraq nəzərdə tutulur.
Qeyd edilir ki, danışıqların hansı ölkədə aparılacağı Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra bəlli olacaq.
Rusiya liderinin Türkiyəyə səfərinin vaxtı açıqlanmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 4-də Astanada jurnalistlərə deyib ki, Putinin səfəri gündəmdədir, lakin onun tarixləri hələ razılaşdırılmayıb.
Teqlər:
"K\u0130V: T\u00fcrkiy\u0259 v\u0259 Suriya prezidentl\u0259ri Rusiyada g\u00f6r\u00fc\u015f\u0259 bil\u0259r"