Menyu

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanda səfərdədir

Nərmin Qocamanlı
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanda səfərdədir

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Əlaqəli Xəbərlər