Menyu

Azərbaycan və BƏƏ XİN rəhbərləri arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Azərbaycan və BƏƏ XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər yeni 2023-cü ildə siyasi, iqtisadi, ticarət və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.

Əlaqəli Xəbərlər