Ana səhifə / Siyasət / Macarıstanın baş naziri Çinə səfər edib Macarıstanın baş naziri Çinə səfər edib 08.07.2024, 06:35 Əziz Əzizli Macarıstanın Baş naziri Viktor Orban “sülh missiyasını” davam etdirmək üçün Pekinə gəldiyini bildirib. "Operativ Media" xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədəki səhifəsində yazıb. “Sülh missiyası 3.0”, – o yazıb və paylaşımına “Pekin” həştəqi, həmçinin hava limanından bir fotoşəkil əlavə edib. “Reuters” agentliyi Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşiyə istinadən yazıb ki, Orbanın Çin Sədri Si Cinpinlə görüşəcək. Agentliyin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi də siyasətçinin səfərini təsdiqləyib. Teqlər: "Macar\u0131stan\u0131n ba\u015f naziri \u00c7in\u0259 s\u0259f\u0259r edib"