Menyu

Ərdoğan NATO sammitində Qəzza və Ukrayna ilə bağlı açıqlamalar verəcək

Nərmin Qocamanlı
Ərdoğan NATO sammitində Qəzza və Ukrayna ilə bağlı açıqlamalar verəcək
1 dəq oxu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Ukrayna və Qəzza zolağında nizamlanma ilə bağlı açıqlamalar vermək niyyətindədir.

"Operativ Media" CNN TÜRK-ə istinadən xəbər verir ki , sammit çərçivəsində onun Şimali Atlantika Alyansı ölkələrindən olan həmkarları ilə görüşü nəzərdə tutulub.

“Ərdoğanın NATO portfelindəki əsas mövzular İsrailin Qəzza zolağına təcavüzü, Rusiya-Ukrayna münaqişəsinin həlli, Qara dənizdə təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki vəziyyətdir”, - deyə telekanal qeyd edir.

Əlaqəli Xəbərlər